Əsir və itkin düşən ukraynalıların sayı açıqlanıb

Əsir və itkin düşən ukraynalıların sayı açıqlanıb
Hazırda 3400-ə yaxın ukraynalı hərbçi əsirlikdədir, daha 15 min insan isə itkin düşüb.
Bunu Ukrayna Prezidentinin hərbi qulluqçuların hüquqlarının müdafiəsi üzrə ombudsmanı Alyona Verbitskaya Almaniyanın Redaktions Netzwerk Deutschland (RND) agentliyinə müsahibəsində deyib.
Verbitskaya qeyd edib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin hərbi əsir düşərgələrinə girişinə icazə vermir: “İtkin düşənlərin aqibəti barədə heç nə bilmirik. Bilmirik ki, onlar Rusiya tərəfindən işğal olunmuş ərazilərdən zorla aparılıblar, yoxsa artıq çoxdan öldürülüblər. Dəqiq məlumatın olmaması onların qohumları üçün xüsusilə çətindir”, - ombudsman əlavə edib.
Gundelik-Baku.Org