Nərgiz Zakirovanın Rusiyaya girişinə 50 illik qadağa qoyuldu

Nərgiz Zakirovanın Rusiyaya girişinə 50 illik qadağa qoyuldu
Rusiyalı müğənni Filipp Kirkorov noyabrın 1-də Daşkənddə baş tutan konserti zamanı sənətçi Nərgiz Zakirovanı təhqir edib.
Xarici KİV xəbər verir ki, Kirkorov doğulduğu Daşkənddə Nərgizin konsert verməsinə qəzəblənərək onun haqqında xoşagəlməz rəylər səsləndirib. 
"Nə qədər çalışsa da, uğur qazana bilməyəcək. Ondan heç nə çıxmayacaq, qıza yazığım gəlsə də, peşman olacaq nə var? O, niyə ulduza çevrilmədiyini düşünür. Güzgüdə üzünüzü görmüsünüz? Özünü görmüsən, ey çirkin?", - Kirkorov səhnədə deyib. 
Buna cavab olaraq, Nərgiz həmkarını vicdansızlığına görə qınayıb.
Qeyd edək ki, Nərgizin 2072-ci ilə qədər Rusiyaya girişinə qadağa qoyulub . Sənətçinin vəkili Bəhram İsmayılovun sözlərinə görə, qadağa onun sosial şəbəkələrdə Donbasın mühafizəsi üzrə xüsusi əməliyyat çərçivəsində Rusiya hərbçilərinin hərəkətlərini gözdən salan paylaşımlarına görə tətbiq edilib.
Gundelik-Baku.Org