Navai ana dilimizdə mahnı təqdim etdi

Navai ana dilimizdə mahnı təqdim etdi
Rusiyada populyarlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) yeni mahnısını təqdim edib.
İfaçı bu dəfə fərqlilik edərək ana dilmizdə oxuyub.
Belə ki, o, “De mənə, gülüm” adlı mahnısını yutub və digər musiqi platformalarında yerləşdirib.

Qeyd edək ki, bir müddət öncə Navai instaqramda izləyicisinin sualını cavablandırarkən ad çəkmədən Əməkdar artist Xəyyam Nisanovun onunla bağlı açıqlamasına görə bəzi kütlə tərəfindən tənqidlərə məruz qaldığını, bu səbəbdən də Bakıda konsert verməyəcəyini və ana dilimizdə mahnı oxumayacağını yazmışdı.

Onu da xatırladaq ki, X. Nisanov Navainin Bakı ilə bağlı müzakirə yaradan videosunu paylaşaraq onu tənqid etmiş, Azərbaycana girişinin bloklanmasını istəmişdi.

Gundelik-Baku.Org