Mükafat alan ana-bala sosial medianın gündəmində

Mükafat alan ana-bala sosial medianın gündəmində
Ötən gün keçirilən 48-ci Altın Kelebek Ödüllərində sosial mediada ən çox müzakirə edilən Şevval Sam və aktyor oğlu Taro Emir olub.
Hər iki sənətçi mükafata layiq görülüb. Öncə ödülü “Türkiyənin parlayan ulduzları” kateqoriyasında Emir qazanıb.

Oğlu səhnədə ikən ona baxan Şevvalın görüntüləri isə tvitterdə viral olub. Müğənninin qürurlu baxışları “Məktəbdə oğlunun izləyən ana” təəssüratı yaradıb.
Gecənin irəliləyən dəqiqələrində isə “Ən yaxşı xalq musiqisi qadın müğənni” mükafatını alıb.

Gundelik-Baku.Org