Moskvada “Ostankino” teleqülləsində bomba həyəcanı

Moskvada “Ostankino” teleqülləsində bomba həyəcanı
Moskvada “Ostankino” teleqülləsində bomba həyəcanı yaşanıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Xidmətindən xəbər verilib.
Qurumun məlumatına görə, televiziya qülləsinin partlaması təhlükəsi ilə bağlı anonim məlumat daxil olub.
“Həmçinin qüllənin ekskursiya bürosu və bilet kassasına partlayıcılar quraşdırıldığı bildirilib. Məlumat yoxlanılır”, - deyə mənbə bildirib.
Mənbə: TASS
Gundelik-Baku.Org