Ukraynanın hər yerində hava hücumu təhlükəsi elan edildi

Ukraynanın hər yerində hava hücumu təhlükəsi elan edildi
Bütün Ukrayna ərazisində hava hücumu barədə xəbərdarlıqlar səslənir.
Bu barədə Ukrayna Rəqəmsal İşlər Nazirliyinin hava xəbərdarlığının onlayn xəritəsinin məlumatlarında qeyd olunub. 
Yerli hakimiyyət orqanlarının məlumatına görə, çərşənbə axşamı səhər saatlarında Poltava, Sumi, Xarkov, Çerkassı və Dnepropetrovsk vilayətlərində hava həyəcanı elan edilib. Bundan əlavə, Kiyevin nəzarətində olan Zaporojye vilayəti və DXR ərazisində də həyəcan təbili çalınıb. 
Qeyd edək ki, hazırda Rusiyanın PUA-larla Ukrayna ərazilərinə yenidən hücum etydiyi qeyd olunub. 
Gundelik-Baku.Org