Sabah Zəngilan Beynəlxalq Hava Limanının açılışı olacaq - FOTO
Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Türkiyə Prezidenti Zəngilan Beynəlxalq Hava Limanına enən ilk xarici dövlət başçısı olacaq.
Məlumatda həmçinin bildirilir ki, təməli 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan Zəngilan Hava Limanı ən yüksək dünya standartlarına uyğun inşa edilib.
Hava limanında ilk texniki uçuş sentyabrın 9-da həyata keçirilib.