Ukrayna Krımı yaya qədər azad edə bilər - ABŞ generalı

Ukrayna Krımı yaya qədər azad edə bilər - ABŞ generalı
ABŞ-ın Avropadakı Quru Qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hodcesin “Azadlıq” radiosuna müsahibəsində deyib ki, Ukrayna Krıma daha yaxın olan Xerson bölgəsini azad etməyə başlasa, onlar uzaq mənzilli silahlardan istifadə edə biləcəklər.
"Unian" bildirir ki, generala görə, yarımadadakı rus hədəflərini məhv etmək üçün artilleriyadan istifadə olunmalıdır: ""HIMARS" bu əməliyyatlar üçün ən uğurlu silahdır.
Ukrayna əsgərləri Krımda Rusiyanın hərbi hava bazalarına, anbar və ya logistika məntəqələrinə və hərbi dəniz obyektlərinə qarşı yüksək dəqiqlikli silahlardan istifadə etməyə başlayan kimi, Krım Rusiyanın müdafiəsi üçün yararsız hala düşəcək. Ona görə də, İnanıram ki, Ukrayna yaya qədər Krımı azad edəcək”.
Gundelik-Baku.Org