Gürcüstanda xaçapurinin qiyməti ceyran belinə qalxdı

Gürcüstanda xaçapurinin qiyməti ceyran belinə qalxdı
Gürcü mətbəxinin simvollarından biri hesab olunan İmeretiya xaçapurisinin qiyməti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 27,3 faiz artıb.
Belə ki, hazırda Gürcüstanda bir ədəd standart İmeretiya xaçapurisinin hazırlanması 6,9 lariyə (4 manat 25 qəpiyə) başa gəlir.
Bu isə 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 4,9 faiz çoxdur.
Məlumatda qeyd olunur ki, hazırda Gürcüstanda xüsusən pendirin, südün və kərə yağının qiymətində artım müşahidə olunmaqdadır.
Mənbə: Sputnik Gurcüstan
Gundelik-Baku.Org