Ən güclü telefonların adı AÇIQLANDI – SİYAHI

Ən güclü telefonların adı AÇIQLANDI – SİYAHI
2022-ci ilin bu ayı üzrə ən güclü smartfonların siyahısı açıqlanıb.
Xarici KİV xəbər verir ki, mütəxəssislər Android əməliyyat sistemli telefonların iş qabiliyyətinə görə birinci yeri “Vivo X90”a model smartfona veriblər.
Məlumata görə, bu smartfon “MediaTek Dimensity 9200” çipi ilə təchiz olunduğuna görə lider kimi seçilib.
Maraqlısı odur ki, reytinqdəki ilk onluğun sonrakı yerlərinin hamısını Çin telefonları tutub.
İlk onluğa “OnePlus Ace Pro”, “Red Magic 7S Pro”, “iQoo 10 Pro”, “Lenovo Legion Y70”, “iQoo 10” daxil olub.
Bunlarla yanaşı, “Moto X30 Pro”, “Xiaomi 12S Pro”,” Redmi K50 Extreme Edition” və “Vivo X Fold+” kimi qadcetlər də var.
Qeyd edək ki, Çində “Vivo X90” baza modeli yalnız noyabrın sonunda satışa çıxarılıb.
Smartfonun qiyməti 3700 yuandır ki, bu da təxminən 525 dollara (892 manat) bərabərdir.
Gundelik-Baku.Org