Özlərini poçt işçiləri kimi göstərib, evə basqın etdilər

Özlərini poçt işçiləri kimi göstərib, evə basqın etdilər
Paytaxtın Xətai rayonunda noyabrın 21-də səhər saatlarında özlərini poçt işçiləri kimi təqdim edən naməlum şəxslərin mənzillərdən birinə daxil olaraq ev sahibinin baş nahiyəsinə küt alətlə vuraraq evdən 80.000 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyalarını quldurluq yolu ilə talamaları barədə polis orqanlarına məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri intensiv əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər “isti izlərlə” saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gundelik-Baku.Org