Suriya üzrə danışıqlar noyabrın sonunda Qazaxıstanda keçiriləcək

Suriya üzrə danışıqlar noyabrın sonunda Qazaxıstanda keçiriləcək
Noyabrın sonunda Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə Astana formatında danışıqların növbəti raundu keçiriləcək.

TASS xəbər verir ki, bu barədə bazar ertəsi keçirdiyi brifinqdə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

"Suriya üzrə danışıqlar noyabrın sonunda baş tutacaq. Dəqiq tarixləri, böyük ehtimalla, gələn həftə açıqlayacağıq”, - o deyib.
Gundelik-Baku.Org