Şərurda yol qəzasında 1 nəfər ölüb, Türkiyə vətəndaşı xəsarət alıb

Şərurda yol qəzasında 1 nəfər ölüb, Türkiyə vətəndaşı xəsarət alıb
Şərurda yol-nəqliyyat hadisəsi baş verib.
Şərur rayonunun Cəlilkənd kəndi ərazisində rayon sakini Hüseyn Orucovun idarə idarə etdiyi 68-BH-979 nömrə nişanlı minik maşını ilə Türkiyə Respublikasının vətəndaşı olan Bünyamin Erekin idarə etdiyi TIR toqquşub.
Toqquşma nəticəsində minik avtomobilinin sürücüsü Hüseyn Orucov dünyasını dəyişib, Türkiyə vətəndaşı olan TIR sürücüsü Bünyamin Erek xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org