Azərbaycana qarşı kollektiv hücuma keçən dövlətlər məqsədlərinə çata biləcəkmi? - Millət vəkilindən şərh

Azərbaycana qarşı kollektiv hücuma keçən dövlətlər məqsədlərinə çata biləcəkmi? - Millət vəkilindən şərh

Son günlər Minsk qrupunun hər üç üzvünün Azərbaycana qarşı davamlı olaraq təbliğat apardığının şahidiyik...

Elman Nəsirov: “Görünən odur ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, strateji müttəfiqliyi regionda müəyyən dövlətləri narahat etməyə başlayıb. Eyni zamanda regiondan kənar dövlətlər də bu vəziyyətdə qeyri-adekvat davranırlar”.
Azərbaycan tək haqqını tələb etmir, haqqı icra edilməyəndə onu öz gücü hesabına yerinə yetirir. Bunu da anti-Azərbaycan dairələr həzm edə bilmir”.
Bu sözləri millət vəkili Elman Nəsirov son zamanlar Azərbaycana qarşı təşkil edilən kollektiv hücumu PİA.az-a şərh edərkən qeyd edib.
Son günlər Minsk qrupunun hər üç üzvü, o cümlədən bəzi regional dövlətlərin ictimai şəxsləri, millət vəkilləri, rəsmiləri və mediası tərəfindən Azərbaycana qarşı davamlı olaraq təbliğat aparıldığının şahidiyik. Bu kontekstdə həm Qərb, həm Rusiya, həm də İran ciddi şəkildə Azərbaycana pressinq edərək hansısa maraqlarının Bakı tərəfindən qəbul olunmasını istəyirlər. Dünənlərdə bu təbliğata BBC də qoşuldu.
Azərbaycana qarşı kollektiv hücuma keçən müəyyən dövlətlər öz məqsədlərinə çata bilərlərmi?
Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Elman 0 ilə müzakirə edib.

Elman Nəsirov: “Dünya heç bir zaman indiki qədər təhlükəli olmayıb”.
Anti-Azərbaycan təbliğatını aparan dövlətlərin bir çox hallarda bir-birlərinə qənim kəsilən dövlətlər olduğunu vurğulayan millət vəkili PİA.az-a açıqlamasında qeyd edib ki, İranla Fransanın pis münasibəti hamıya məlumdur. O cümlədən Qərblə Rusiyanın münasibətləri də hər kəsin gözü qarşında gündən-günə gərginləşir. Buna baxmayarq Ermənistan məsələsində onlar eyni mövqedən çıxış edir:
“Əvvəla, onu qeyd edim ki, Azərbaycan dövlətinin siyasətini ölkə prezidenti cənab İlham Əliyev müəyyən edir. Həmin siyasət xüsusilə, qonşu ölkələrlə, bütövlükdə isə dünyanın ayrı-ayrı dövlətləri ilə qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərin formalaşmasında özündə ehtiva edir. Amma təssüf ki, bu günkü dünyamızın birgə yaşayış fəlsəfəsi pozulub. Bu günkü dünyamızı artıq beynəlxalq hüquq idarə etmir. Bu günkü dünyamız beynəlxalq hüquqlarına tənzimlənmir.
Beynəlxalq hüququ yaradan dövlətlərin özləri bir-birlərinə müharibə elan edirlər. BMT bu günkü dünyamıza qarantı olan, yaranan böhranları həll etmək səlahiyyətinə sahib olan bir qurumdur. Amma onun üzvləri bu gün bir-birinə düşmən kimi baxır. Onlar bir-birlərini nüvə silahı ilə təhdid edilər. Belə olan halda deyə bilərik ki, dünya heç bir zaman indiki qədər təhlükəli olmayıb.

Azərbaycan isə öz tarixi missiyasını yerinə yerətirmiş dövlətdir. Azərbaycan Qarabağın bərpası və yenidən qurulması işlərini surətlə həyata keçirir. Zəngilan hava limanı istifadəyə verildi. Qardaş Türkiyə dövlətinin prezidenti Rəcəb Tayyib Ərdoğan bu dəfə də açılış mərasiminə gəldi. Açılış mərasimində də hər iki ölkənin liderləri Ermənistana, region dövlətlərə, eyni zamanda beynəlxalq ictimaiyyətə çox ciddi mesajlar ünvanladıqlar. Liderlər dedilər ki, onlar regionda sülh və əməkdaşlıq istəyirlər. Amma bu reallıqlarda kimlərsə bizə ədalətsiz yanaşma ortaya qoyarlarsa, bu hərəkətlər cavabsız qalmayacaq.
Elman Nəsirov: “ABŞ Konqresinin nümayəndələrinin son günlər İrəvana səfərləri intensivləşib. Onların bəyanatlarında qeyd olunur ki, əgər Rusiya müttəfiq olaraq Ermənistanın təhlükəsizliyini təmin edə bilmirsə, ABŞ həm Ermənistanın, həm də “Artsağ”ın təhlükəsizliyini üzərinə götürsün. Bu çox təhlükəli bəyanatdır”.
Görünən odur ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, strateji müttəfiqliyi regionda müəyyən dövlətləri narahat etməyə başlayıb. Eyni zamanda regiondan kənar dövlətlər də bu vəziyyətdə qeyri-adekvat davranırlar. Məsələn ABŞ Konqresinin nümayəndələrinin son günlər İrəvana səfərləri intensivləşib. Onların bəyanatlarında qeyd olunur ki, əgər Rusiya müttəfiq olaraq Ermənistanın təhlükəsizliyini təmin edə bilmirsə, ABŞ həm Ermənistanın, həm də “Artsağ”ın təhlükəsizliyini üzərinə götürsün. Bu çox təhlükəli bəyanatdır.
Fransa prezidenti də ölkəsində verdiyi açıqlamalarda açıq şəkildə Ermənistanı müdafiə edir və Azərbaycana təcavüzkar deyir. Eyni zamanda gözlənilir ki, noyabrın 15-də Fransa parlamentində növbəti anti-Azərbaycan qətnaməsi qəbul edilsin. Digər tərəfdən isə Rusiya dövlət televiziyasında erməni ekspertlər rus aparıcıların yaxından iştirakı ilə anti-Azərbaycan bəyanatları səsləndirirlər. İran da Azərbaycanla sərhəddə əzələ nümayiş etdirir.
Elman Nəsirov: “Gələn ilin büdcəsində Azərbaycan hərbi büdcəsi daha böyük həcmdə olacaq. Təəssüflə qeyd edim ki, bu günkü dünyada hüquq yox, güc işləyir”.
Bunların hamısına yeganə səbəb odur ki, bu gün Azərbaycan pozulmuş beynəlxalq hüququn keşiyində dayanıb və öz haqqını tələb edir. Azərbaycan tək haqqını tələb etmir, haqqı icra edilməyəndə onu öz gücü hesabına yerinə yetirir. Bunu da anti-Azərbaycan dairələr həzm edə bilmir. Vəziyyətin digər bir qəribəliyi də odur ki, anti-Azərbaycan təbliğatında duran dövlətlər bir çox hallarda bir-birlərinə qənim kəsilən dövlətlərdir. Məsələn İranla Fransanın pis münasibəti hamıya məlumdur. Bir çox hallarda onlar bir-birlərinə düşmən kimi baxırlar. O cümlədən Qərblə Rusiyanın münasibətləri də hər kəsin gözü qarşında gündən-günə gərginləşir. Amma Ermənistan məsələsində İran və Fransa, o cümlədən ABŞ və Rusiya eyni mövqedən çıxış edir.

Məşhur deyimdə deyilir ki, bir qələbə qazanılanda iki düşmən yaranır. Görünür Azərbaycanın qələbəsini həzm edə bilməyən müəyyən dairələr də hərəkətə keçməyə məcbur olublar.
Biz bunlara hazır olmalıyıq. Çünki bizi qarşıda daha böyük qələbələr gözləyir. Bilməliyik ki, Azərbaycana qarşı xain əllər uzanacaq. Buna görə də biz bir olmalıyıq. Onsuz da biz birik, amma indi həmişəkindən də daha möhkəm birlik nümayiş etmədirməliyik. Bizim birliyimiz, həmrəyliyimiz qələbəmizə gedən yoldur. Güclü ordumuz da daha da güclənməlidir. Gələn ilin büdcəsində Azərbaycan hərbi büdcəsi daha böyük həcmdə olacaq. Təəssüflə qeyd edim ki, bu günkü dünyada hüquq yox, güc işləyir.
Bütün halalrda cənab prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün məqsədlərinə çatacaq və Azərbaycana qarşı kollektiv hücuma keçən dövlətlərin arzuları gözlərində qalacaq”.
Gundelik-Baku.Org