83 yaşlı Əməkdar artistin vəziyyəti ağırdır - Ayaq barmaqları amputasiya olunub - VİDEO

83 yaşlı Əməkdar artistin vəziyyəti ağırdır - Ayaq barmaqları amputasiya olunub - VİDEO
Əməkdar artist Dədə Süleyman (Süleyman Abdullayevin) səhhətində problemlər yaranıb. 
Bu barədə sənətçinin övladı Aygün Abdullayeva bildirib. O "Günün sədası" verilişinə müsahibəsi zamanı 83 yaşlı atasının ayaq barmaqlarının amputasiya olunduğunu deyib:
"Atam ağır vəziyyətdədir, ağrıkəsicilərlə yaşayır. Qanqrenadan əziyyət çəkir. Vəziyyəti çox pisdir. Ürəyində və qaraciyərində ciddi problemlər var, böyrəklərindən biri işləmir. Müalicələri dayandırılıb. Həkimlər onun xəstəliyi qarşısında də aciz qalıblar. Ürəyinin 30%-i işləyir. Bir il əvvəl atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu ilin avqustunda digər barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər".
Ətraflı videoda:







Gundelik-Baku.Org