“Bəlkə də son edəcəyimdir“ - Əməkdar artist

“Bəlkə də son edəcəyimdir“ - Əməkdar artist
Əməkdar artist Aybəniz Haşımova SSSR Xalq artisti Şövkət Ələkbərova üçün xatirə gecəsi keçirəcək.
Bu haqda o, sosial şəbəkə hesabında məlumat verib:
“O böyük günə az qaldı. Allahın izni ilə o böyük günə hazırlaşıb, əlimdən gələn nə varsa ustadım üçün hamısını edəcəyəm. Bəlkə də bu son edəcəyimdir... Nə bilim... Həyatın özü də insanları kimi nankor, vəfasızdır.
Şövkət Ələkbərova həmişə məni qoruyurdu, çox sevirdi və inanırdı. İnam gözəldir, kaş ki, inam işığı heç kəsin qəlbindən qəlbindən sönməsəydi. Necə ki, onun qəlbində bir gün belə "mən" adlı işığın sönməsinə imkan vermədim.
O, dünyadan getdi, ancaq ruhunun da qarşısında onun inam işığına nadürüst olmadım. Onu özünə dediyim kimi çox sevdim, ömrümün sonunadək. Şövkət xanım bu sevgini özü qazanmışdı: ləyaqəti, sədaqəti, böyük məhəbbəti və sənətiylə".
Gundelik-Baku.Org