"Aysun İsmayılovanın evliliyi oyun idi..." - İddia

"Aysun İsmayılovanın evliliyi oyun idi..." - İddia
Aparıcı-aktyor Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun evliliyi haqqında iddialar səsləndirib.

Sərxan Kərəmoğlu “MTV maqazin” proqramında həyat yoldaşından boşanan Aysun İsmayılovanın evliliyinin saxta olduğunu açıqlayıb:

“Bu evliliyə inanmadım. Bilirsiniz niyə? Çünki yanındakı bəyə inanmadım. Bilmirəm kim-kimin oyununa gəlib, amma başdan-ayağa oyun idi. Bu oyuna da axmaq insan inanar. Aysun şou xətrinə evlənsəydi, evliliyini davam elətdirərdi. Uşaq dünyaya gətirər və sonra ayrılardı. Demək, Aysunda çoxbilmişlik yoxdur. Aysunun ağlı olsaydı, bu addımı atardı. Onsuz da şou-biznesdə atılan addımlarən hamısı uşaq üçündür və ərə getdi boşandı.

Rəqsanə müqəddəs ola, yenə də bir kəliməsinə inanmıram, amma Aysuna inanıram. O, səmimi, təmiz, pakdı. Ərə getsə də, 30 yaşı olsa da, uşaqdır”.

Qeyd edək ki, Aysun İsmayılova yaxın günlərdə iş adamı Eşqin Cəlilovdan boşanıb. /Teleqraf.com/
Gundelik-Baku.Org