Elvin Ağayev övladlarına aliment ödəmədiyini etiraf etdi - VİDEO

Elvin Ağayev övladlarına aliment ödəmədiyini etiraf etdi - VİDEO
Aktyor Elvin Ağayev yeni açıqlaması ilə gündəmə gəlib. 
O, "Space maqazin"ə açıqlaması zamanı ilk evliliyindən dünyaya gələn övladlarına bir zamanlar aliment vermədiyini etiraf edib.
Elvin bunu maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqələndirib:
"Şükür Allaha ki, heç kimə borcum yoxdur. Vaxtı ilə olub, o da gecikib. Bunu da danmıram. Həmin ərəfələrdə müəyyən məbləğdə borcum yığılmışdı. O səviyyədə bir ailədən çıxmamışam ki, iki körpə balamın pulunu götürüm, mənimsəyim və verməyim".
Xatırladaq ki, Elvin Ağayev Nərgiz İsayeva adlı xanımla ailəli olub. Onların bu evlilikdən iki övladı dünyaya gəlib. Daha sonra cütlük boşanıb. Elvin ikinci dəfə Elvina adlı xanımla ailə qurub. Keçmiş həyat yoldaşı Nərgiz aliment ödəmədiyi üçün Elvini dəfələrlə aidiyyəti qurumlara şikayət edib. 







Gundelik-Baku.Org