Valideynlərin nəzərinə: Uşaqlarınıza telefon alarkən bunlara diqqət edin!

Valideynlərin nəzərinə: Uşaqlarınıza telefon alarkən bunlara diqqət edin!
Mütəxəssislər uşaq üçün telefon almadan əvvəl diqqət olunmalı məqamları açıqlayıb.

İlk telefona sahib olmaq uşaqların həyatında mühüm mərhələlərdən birinə çevrilib. İndiki vaxtda bir çox uşaqların əlində smartfon görmək mümkündür. Bəs uşaq üçün mobil telefon almaq üçün ideal yaş neçədir? Uşağa mobil telefon alarkən nələrə diqqət edilməlidir? Mütəxəssislər bu sualları cavablandırıb və uşaqların mobil telefondan istifadəsinə dair məsləhətlər veriblər.


Türkiyə mediası xəbər verir ki, ekspert pedaqoq Halide Karaarslan bildirir ki, uşağa mobil telefon almaq üçün ideal yaş 11 yaşdır. 

Ailələrin mobil telefon almaq üçün bir neçə səbəbi olduğunu deyən Karaarslan bu səbəblərdən birinin də sosial təzyiq olduğunu deyir. 

"Başqa ailələrin uşaqlarında görürlər. Təbii ki, buna müqavimət göstərmək çox çətindir. Erkən yaşda qəbul etməsələr, uşaqlarının əskiklik çəkəcəyini düşünürlər. Valideynlər daha çox uşaqları ilə ünsiyyət yaratmaq məqsədilə mobil telefon alırlar”.

Mütəxəssis bildirir ki, uşaqlar üçün ağıllı telefon əvəzinə daha sadə funksiyalı telefonlar kifayət edəcək. Çünki smartfon telefonlar uşaqların internetə daxil olmasına şərait yaradır, bunun da öz növbəsində zərərli tərəfləri var:

"Uşağınızın telefonuna istədiyiniz qədər nəzarət etsəniz də, o, başqa telefondan və ya başqa yerdən yenə istədiyini edəcək. Yaxşı olardı ki, uşaqlara "telefonla oynamaq olmaz”, "filan şəbəkəyə girmə”, "bu platformadan istifadə etmə” kimi qadağalar qoymayın. Bu, onlarda daha çox maraq yaradacaq. 

Mütəxəssis Pedaqoq Halide Karaarslan deyir ki, mobil telefondan istifadəyə qadağa qoyulmamalı, ancaq müəyyən məhdudiyyətlər qoyulmalıdır. O deyir ki, ev tapşırığından sonra gündə bir-iki saat mobil telefondan oyun üçün istifadə etmək olar.
Gundelik-Baku.Org