Dünyanın gözü BAKIDA: 30 ilin karlığına ŞİLLƏ kimi cavab - "Üzr istəməyə çağırırıq!"

Dünyanın gözü BAKIDA: 30 ilin karlığına ŞİLLƏ kimi cavab - "Üzr istəməyə çağırırıq!"
Xəbər verdiyimiz kimi, martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev bu tədbirdə çox mühüm tezislərlə çıxış edib. 
"Bu tezislərin içərisində xüsusi diqqətçəkən məqamlardan biri odur ki, BMT Təhlükəsizlik Şurası keçmişi xatırladır və indiki reallığı əks etdirmir. Həqiqətən də BMT 1945-ci ildə yarandıqdan bəri dünya çox dəyişib, yeni geosiyasi reallıqlar yaranıb".
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
bf4cdef7-10c9-384c-b43f-3a109be2e5bd_850.jpg (79 KB)
Millət vəkili bildirib ki, yeni təhdidlər, çağırışlar yaranıb. Amma BMT eyni Təhlükəsizlik Şurası üzvlərindən ibarətdir:
"Onlar qərarların qəbulunda veto hüququndan istifadə edirlər. Problemlərin həllinə selektiv yanaşırlar. Cənab Prezident qeyd etdi ki, bir hadisəyə münasibətdə dərhal reaksiya verirlər, qətnamə qəbul edib onu dərhal icra edirlər, başqa bir halda isə tamamilə fərqli yanaşma sərgiləyirlər. Ölkə başçısı bu kontekstdə qeyd etdi ki, artıq bitmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı təxminən 30 il ərzində özlərinin qəbul etdiyi 4 qətnaməni icra etmədilər. Halbuki BMT Nizamnaməsinin 25-ci maddəsinə əsasən, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası icbaridir. Özləri qəbul etdikləri prinsipləri və maddələri pozmuş olurlar. Bu da nəticə etibarilə BMT-nin nüfuzuna çox böyük xələl gətirir. Cənab Prezident çıxışlarında bir neçə dəfə qeyd edib ki, BMT-də ciddi islahatlar getməlidir, xüsusilə də Təhlükəsizlik Şurasında bu islahatlar baş verməlidir. TŞ-nin daimi üzvləri sırasında rotasiya qaydası üzrə məhz Qoşulmama Hərəkatı da təmsil olunmalıdır. Qoşulmama Hərəkatı BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusunda dünyada sülh və təhlükəsizliyin təminatı prosesində yaxından iştirak etməlidir".
Elman Nəsirov vurğulayıb ki, Prezident İlham Əliyev Zirvə görüşündə Fransanın yeritdiyi yeni müstəmləkəçilik siyasətini kəskin tənqid etdi. "Fransanı qanlı müstəmləkə cinayətlərinə, soyqırımı aktlarına görə üzr istəməyə çağırırıq" - deyə söylədi:
"Prezident İlham Əliyev konkret faktlarla göstərdi ki, Fransa dövləti ənənəvi müstəmləkəçilik siyasətini formaca dəyişib, bu gün də o siyasəti həyata keçirir. Afrika ölkələrində və dənizarxası ölkələrdə həmin siyasətini bu gün də həyata keçirir. Bu siyasət beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi qiymətləndirilməlidir".
c22aa883-b4b7-3c0b-958c-0f65bc870a82.jpg (208 KB)
Deputat bildirib ki, eyni zamanda Prezidentin çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin indiki vəziyyəti ilə bağlı məqamlar da diqqət mərkəzində saxlanıldı:
"Ölkə başçısı qeyd etdi ki, Azərbaycan 44 günlük müharibədə tarixi zəfərə imza atıb, yeni tarixi reallıqlar yaradıb. İndi də işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurun bərpası işi ilə məşğuldur. Cənab Prezident qeyd etdi ki, 2021-ci ildən başlayaraq Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun bərpasına 4 milyard dollardan artıq vəsait xərcləyib. Bu il 1,7 milyard dollar vəsait ayrılıb ki, biz Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələrini aradan qaldıraq. Bununla yanaşı, cənab Prezident vurğuladı ki, Ermənistan Azərbaycanla sülhdən danışsa da, bu istiqamətdə heç bir addım atmır. Faktiki olaraq Ermənistan bu gün Azərbaycana qarşı mina müharibəsi siyasətini həyata keçirir. Bu kontekstdə ölkə başçısı qeyd etdi ki, Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr sırasındadır. Prezident vurğuladı ki, müharibə bitdikdən sonra Ermənistan yenə də bu siyasətindən əl çəkmədi, bizim 300 nəfərdən artıq soydaşımız mina partlayışı nəticəsində həlak olub və ya ağır yaralanıb. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan mina siyasətinə görə məsuliyyət daşımalıdır və beynəlxalq qınaq obyekti olmalıdır. Beynəlxalq birlik bu məsələlərdə öz qətiyyətli mövqeyini ortaya qoymalıdır".
Gundelik-Baku.Org