Tanınmış müğənni daxili orqanlarının bağışlanmasını vəsiyyət etdi

Tanınmış müğənni daxili orqanlarının bağışlanmasını  vəsiyyət etdi
Müğənni Vüqar Muradov daxili orqanlarını Azərbaycan Dövlət Tibb Universitetinin tələbələrinə bağışlayıb.
 
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Müğənni deyib ki, ölümündən sonra tələbələrin onun orqanları üzərində təcrübə keçməsini istəyir:
 

"Ən azından orqanlarımla tələbələrə bir faydam olsun. Mən orqanlarımı vəsiyyət edəndən bir saat keçməmiş Hacı Şahin dünyasını dəyişdi. Həyat budur, sabaha inam yoxdur. Bilmirsən sabaha sağ çıxacaqsan, ya yox. Yas mərasimləri, 3, 7, 40 mərasimləri verilməsin. İstəmirəm mən öləndən sonra ailəm əziyyət çəksin”. 

Sənətçi ümumiyyətlə, onun yasında yemək-içmək olmamasını vəsiyyət edib.
Gundelik-Baku.Org