"Hacı Şahin üç gün əvvəl mənə elə bir söz dedi ki..."

"Hacı Şahin üç gün əvvəl mənə elə bir söz dedi ki..."
"Ötən gün cavan bacım övladını torpağa tapşırmışam. Bu gün isə Hacı Şahinin ölüm xəbərini aldım. Bu xəbər mənim bacım oğlunun ölümünü unutdurdu, onun ağrı-acısını yadımdan çıxartdı". 
Bu sözləri Hacı Surxay Məmmədli "Xəbər ertəsi" proqramına açıqlamasında deyib. 
"Hacı Şahinlə bizim 15 ildir ki,  dostluğumuz, səmimi münasibətlərimiz var. Eyni zamanda, biz son bir ayda çox tez-tez görüşərdik. Hər dəfə onun kefini soruşar, özünə yaxşı bax deyərdim. O, isə "Çox yaxşıyam" - deyə cavablandırardı.  Əlbəttə, sağlam bir insan idi. Professional düşüncələri var idi, həyata praqmatik baxardı və ümidləri çox idi. Hər zaman deyirdi ki, "Hacı hər şey yaxşı olacaq, yaxşı düşünək". Amma  3 gün bundan öncə mənə bir söz dedi, "Qızım üçün çalışıram, onun təhsili-tədrisi üçün... Qoy, yetişsin və Azərbaycan xalqına yararlı bir övlad olsun".  Onun bu sözləri bu gün məni çox üzdü, çox ağladım. O, Azərbaycan gəncliyi üçün böyük iz buraxan şəxs oldu. Hacı Şahin həmişə gənclərin içində idi. Onlarla danışmağı çox sevərdi. O, gecə-gündüş çalışırdı ki,  insanlara fayda versin. Mən indi anladım ki, o gecə-gündüz niyə yatmırmış? Nə üçün çalışırmış? Sən demə ömrü çox az qalıbmış. Bu da Allahın bir lütfüdür. Bundan sonra nə qədər ki, Azərbaycan xalqı, gəncliyi varsa Hacı Şahinin moizələri ilə qidalanacaq. İnana bilmirəm. Dünya belədir və hər şey yarımçıq qalır. Bir dost kimi, qardaş kimi  ağrı-acı mənim üçün çox çətindir. Mənim xatirələrimdə Hacı Şahin daima  dəyərli insan kimi qalacaq". 
Gundelik-Baku.Org