Keçmiş dayəyə 1 milyonluq evi miras qoydu

Keçmiş dayəyə 1 milyonluq evi miras qoydu
İvana Trampın keçmiş dayəsi Syuzanna Karriyə Donald Trampın birinci xanımından qalan 1 milyon dollarlıq Mayami çimərliyindəki mənzil miras qalacaq.
Bu barədə  “The New York Post” qəzeti məlumat yayıb. Həmçinin, kiçik Donald Trampı, onun bacısı İvankanı və qardaşı Eriki böyüdən Syuzanna Karri 2022-ci ilin iyulunda vəfat edən ABŞ-ın eks-prezidentinin birinci həyat yoldaşının itini miras alıb.
Vəsiyyətnamədə deyilir: “Mən itim Tiger Trampı və ya ölümüm zamanı sahib olduğum hər hansı digər ev heyvanını dostum Syuzannaya verirəm və vəsiyyət edirəm”.
Gundelik-Baku.Org