Fransada ümummilli etirazlara çevrilən aksiyalardan polis qəddarlığı ilə bağlı görüntülər - VİDEO

Fransada ümummilli etirazlara çevrilən aksiyalardan polis qəddarlığı ilə bağlı görüntülər - VİDEO
Fransada neft emalı və nüvə sənayesi işçilərinin başlatdığı tətil getdikcə ümummilli miqyasda aksiyalara çevrilir. Belə ki, Parisdə və digər şəhərlərdə bu sahədə çalışan işçilərə minlərlə etirazçı, o cümlədən müəllimlər və nəqliyyat sənayesinin işçiləri qoşulub. Onlar maaşların artırılması və enerji qiymətlərinin dondurulmasını tələb edirlər.
Bununla bağlı görüntülər sosial şəbəkələrlə yanaşı Fransa telekanallarında yayımlanıb. Kadrlarda nümayişlərdə aksiyaçılara polis tərəfindən kobud müdaxilələr əks olunub.

Gundelik-Baku.Org