Fransada 1.2 milyon insan Makronun siyasətinə etiraz edir

Fransada 1.2 milyon insan Makronun siyasətinə etiraz edir
Noyabrın 19-da Parisdə təxminən 80 min, Fransanın bütün şəhərlərində 1,2 milyon insan pensiya islahatına qarşı etiraz aksiyası keçirib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi bildirib.
"France 24" kanalının məlumatına görə, kütləvi nümayişlər nəqliyyatın sıradan çıxmasına və işçilərin tətillərinə görə istehsalın dayandırılmasına səbəb olub.
Etirazçılar pensiya yaşının artırılması və maaşların az olması əleyhinə şüarlar səsləndirirlər. CGT həmkarlar ittifaqı təşkilatı ölkə üzrə nümayişçilərin sayını 2 milyon nəfər (Parisdə - 400 min) olduğunu təxmin edir.
Polislə anarxist etirazçılar arasında toqquşmaların olduğunu bildirilir. Parisdə 30 nəfər həbs edilib.
Gundelik-Baku.Org