Oturaq işin fəsadlarını necə aradan qaldırmaq olar?

Oturaq işin fəsadlarını necə aradan qaldırmaq olar?
Oturaq həyat keçirən insanlar hər yarım saatda 5 dəqiqəlik gəzintiyə çıxmalıdır.
Bu barədə məlumat “Medicine & Science in Sports & Exercise” jurnalında dərc olunub.
Daimi oturaraq işləmək, oxumaq və telefondan istifadə etmək insan orqanizminə mənfi təsir göstərir. Tədqiqatçıların dediyinə görə, bunları edərkən hər saatda bir 5 dəqiqəlik gəzintiyə çıxmaq insanların qan təzyiqi və şəkərinin normada saxlanılmasına şərait yaradır.
Məlumata görə, belə gəzintilər yorğunluğun əhəmiyyətli dərəcədə azalmasına və əhval-ruhiyyənin yüksəlməsinə də səbəb olur.
Alimlər hesab edirlər ki, hər gün qısa gəzintiyə çıxmaq ürək xəstəliyi və digər xroniki xəstəliklər riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Gundelik-Baku.Org