Azərbaycanda yeni virus yayıldı - İNFEKSİONİST AÇIQLADI

Azərbaycanda yeni virus yayıldı - İNFEKSİONİST AÇIQLADI
Son zamanlar uşaqlar və böyüklər arasında öskürək, ürəkbulanma, yüksək hərarət ilə müşahidə olunan virus yayılıb. 
Kimisi bu virusu koronavirus, kimisi isə donuz qripinin bir növü hesab edir. 
Maraqlıdır, görəsən bu virusdan necə qoruna bilərik?
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlamasında bildirib ki, son zamanlar istər uşaqlar arasında, istərsə də böyüklər arasında yayılan virus infeksiyası kəskin respirator infeksiyalarıdır. 
Onun sözlərinə görə, adətən payız və soyuq qış aylarında bu infeksiyalara yoluxma daha çox olur:
“Bu xəstəliklər boğaz ağrısı, asqırmaq, öskürmək, burun axması, baş ağrısı kimi əlamətlərlə özünü biruzə verir. Hazırki dövrdə bu infeksiyaların dalğa şəklində yüksəlməsini müşahidə edirik. Bu infeksiyalar müəyyən xroniki xəstəliyi olan, immuniteti zəif olan insanlar və azyaşlılar arasında müəyyən fəsadlara gətirib çıxarda bilər. Bu virusdan qorunma yolları demək olar ki, eynidir. İnsanlar maskadan istifadə etməli, ara məsafəsini qorumalı və gigiyenik qaydalara riayət etməlidir. Həmçinin düzgün qidalanmalı və fəsilə uyğun olaraq düzgün geyinməlidir”.
Gundelik-Baku.Org