İnsan hansı yaşda qoca hesab edilir?

İnsan hansı yaşda qoca hesab edilir?
Psixologiya nöqteyi-nəzərdən insan hər yaşda qoca ola bilər, lakin davranışından asılıdır. Həkimlərin insanın hansı yaşda qoca hesab edilməsi ilə bağlı öz nəzəriyyələri var.
Psixoloqlar yaşlanmanın bir neçə mərhələsini ayırd edib.
Belə ki, 45 yaşa qədər insan gənc, 45 yaşdan 59 yaşa kimi yetkin, 60-74 yaş arası insan yaşlı, 75 yaşdan 89 yaşa qədər qoca sayılır.
90 yaşdan sonra isə uzunömürlülük yaşı başlayır. Eyni zamanda, alimlər qocalmanın üç mərhələsini ayırd edib. Mütəxəssislər, insan qanında müəyyən bir yaşda ortaya çıxan fərqli zülalları təyin edib.
Qan vəziyyətinə görə, insanın demək olar ki, 100 faizinin yaşını təyin etmək mümkündür. Bəzi alimlər insanın yaşlanmasının, bədəndəki bütün proseslərin yavaşladığı zamandan, yəni, 55 yaşdan sonra başladığını qeyd edir.
Gundelik-Baku.Org