“15-19 yaşlı qadınlar arasında əsas ölüm səbəbi hamiləlikdir” - AÇIQLAMA

“15-19 yaşlı qadınlar arasında əsas ölüm səbəbi hamiləlikdir” - AÇIQLAMA
“Beynəlxalq araşdırmalar göstərir ki, dünyada 15-19 yaşlı qadınlar arasında əsas ölüm səbəbi hamiləlikdir”.
Bu fikirləri bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımda Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və Təhlil Şöbəsinin həkim-metodisti Afət Məmmədova erkən nikah və onun reproduktiv sağlamlığa təsiri barəsində sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, 19-25 yaş arasında doğuş keçirən qadınları 18 yaşından aşağı ana olmaq istəyənlərlə müqayisə etdikdə görərik ki, ana ölümü hallarına erkən doğuş səbəb ola bilir:
“15 yaşdan kiçik hamiləlik zamanı fəsadlar müşahidə edilir. Erkən düşük halları, vaxtından əvvəl doğuşlar ola bilər. Bu fəsadları insan özü fikirləşməlidir və o addımlardan çəkinməlidir”.
Gundelik-Baku.Org