Milli Peyvənd Təqviminə dəyişiklik edilə bilər - Nazirlik rəsmisindən AÇIQLAMA

Milli Peyvənd Təqviminə dəyişiklik edilə bilər - Nazirlik rəsmisindən AÇIQLAMA
“Peyvəndlənməyə gecikən ailələrin müraciətləri artıb”.
Bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayımın qonağı olan nazirliyin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.
Onun sözlərinə görə, pandemiya dövründən qalma gecikmələrə daha çox rast gəlinir:
“Sərt qadağalar dönəmində peyvənd təqvimi ilə uzlaşmayan ailələr oldu. Uşaqlar arasında rotavirusa yoluxma halları daha çox oldu.
Rotavirusa qarşı peyvəndləmə inkişaf etmiş ölkələrdə tətbiq olunur və bu peyvəndlər Azərbaycan Respublikasının Milli peyvənd təqviminə salınmayıb. 
Yaxın zamanda vətəndaşlarımız bununla bağlı şad xəbər alacaqlar”.
Gundelik-Baku.Org