Əməkdar artistin qızı Ukrayna filmində çəkildi

Əməkdar artistin qızı Ukrayna filmində çəkildi
Əməkdar artist Ayşad Məmmədovun qızı Mələksima Məmmədova “Səssiz oyun” adlı filmdə rol alıb.
Olay xəbər verir ki, “Laco Films”in layihəsində Mələksima Rita obrazının gəncliyini canlandırıb.
Filmdə hadisələr gənc yəhudi qız Şirinin 20 il əvvəl onu tərk edib İran rejimindən qaçmağa məcbur edilən anası Ritanı axtarmaq üçün xaricə səfəri ilə başlayır.
Ukrayna və İsrail istehsalı olan filmin rejissoru Aleks Osmolovskidir. Ekran işinin böyük bir qismi Bakının köhnə küçələrində çəkilib.
Bu, Mələksimanın rol aldığı ilk filmdir. Onun atası Ayşad Məmmədovla yanaşı, anası İlqarə Tostka da aktrisalıq fəalliyyəti ilə məşğuldur.
Gundelik-Baku.Org