Məşhurlar Azadın filmində rol aldı!

Məşhurlar Azadın filmində rol aldı!
Ötən gün “CinemaPlus” kinoteatrında Azad Şabanovun “Toy Günü” qısametrajlı filminin və eyni adlı yeni mahnısının təqdimatı baş tutub.
OLAY yazır ki, maraqla qarşılanan layihənin rəhbəri və prodüseri Azad Şabanov, quruluşçu rejissoru Əlixan Rəcəbov, rejissoru Vüsal Əhmədzadə, operatoru isə Natiq Husiyevdir.
Ekran işinin musiqisi müğənni Aiselə, sözləri Kübra Kərimliyə, aranjımanı isə Emin Karimiyə məxsusdur. 
Filmdə baş rollarda Azad Şabanovla yanaşı, Əməkdar artist Bəhram Bağırzadə, Nicat Rəhimov, Gülçin Qasımova, Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Toğrul Eminli, Fuad İskəndərov, İbrahim Heydərov, Vüsal Əhmədzadə, Cəmil Əhmədov, Rüstəm Məmmədov və başqaları çəkiliblər.
Qeyd edək ki, film Azad Şabanovun yutub kanalında yerləşdirilib.

Gundelik-Baku.Org