Filmdə istifadə olunan İncil 400 min dollara satıldı

Filmdə istifadə olunan İncil 400 min dollara satıldı
“Şouşenkdən qaçış" filmində istifadə olunmuş İncil Londondalı "Propstore" hərracında 387,5 min funt-sterlinqə (440 min dollara) satılıb.
"Business Insider" xəbər verir ki, filmdə Müqəddəs Kitab əsas yer tutur. Həbsxana gözətçisi Norton İncili filmin ən əvvəlində baş qəhrəmana "Xilas içəridədir" sözləri ilə verir. O, kitabın içində çəkic gizlədir və onun vasitəsilə Şouşenk həbsxanasından qaçmağa nail olur.
Filmin premyerası 1994-cü ildə baş tutub. Süjet Stiven Kinqin “Rita Heyvort və Şouşenkdən xilas” əsərindən götürülüb. Baş rollarda Tim Robbins və Morqan Friman çəkiliblər.
Gundelik-Baku.Org