“Ad günümdə Kənanın halı pisləşdi”

“Ad günümdə Kənanın halı pisləşdi”
Müğənni Aygün Mahmudova həyat yoldaşı, rejissor Kənan Mahmudovla (MM) bağlı açıqlama verib.
“Xəzər axşamı” verilişinə qonaq olan sənətçi Kənanın burun əməliyyatı haqda söz açıb.
“Düz mənim ad günüm idi. Ad günümdə halı pisləşdi. Nəfəs darlığı var idi, ona görə də əməliyyat etməli idi. İndiyə kimi dözüb, böyük şeydir, şükür indi yaxşıdır”.
Qeyd edək ki, çəpər əyriliyindən əziyyət çəkən rejissor bir müddət öncə bıçaq altına yatıb.

Gundelik-Baku.Org