Daha bir baş həkim işdən ÇIXARILDI -YENİLƏNİB

Daha bir baş həkim işdən ÇIXARILDI -YENİLƏNİB
Gəncə Şəhər Birləşmiş Xəstəxanası Publik Hüquqi Şəxs Kardioloji Xəstəxanasında baş həkim işdən azad edilib.
Baş həkim Namazov Faxrəddin Namaz oğlu yaş həddinə görə vəzifəsindən azad edilib.
Qeyd edək ki F.Namazov uzun illər sözügedən tibb ocağının baş həkimi işləyib.
Onun yerinə təyinat olmayıb.
xxx
20:30
Gəncədə yerləşən Akademik Zülfüqar Məmmədov adına xəstəxananın baş həkimi Qalib İbrahimov işdən azad edilib.
Baş həkim Qafar İbrahimov ötən gün işdən çıxıb. Məlumata görə o öz ərizəsi ilə işdən azad olunub.
Q.İbrahimov 5 ildən artıqdır ki,  sözügedən tibb ocaqında rəhbər kimi çalışıb. Artıq  xəstəxanaya yeni baş həkim təyinatı da olub. Bundan sonra baş həkim vəzifəsini Quliyev Azad İlyas oğlu icra edəcək.
Qeyd edək ki, A.Quliyev əvvələr də həmin  xəstəxananın baş həkimi işləyib.
Gundelik-Baku.Org