"Ömrümün 20 ili bununla keçdi" - Necati Şaşmaz

"Ömrümün 20 ili bununla keçdi" -  Necati Şaşmaz
Bir zaman Türkiyənin ən reytinqli seriallarından biri olan “Kurtlar Vadisi” geri dönür.
Bu barədə məşhur aktyor Necati Şaşmaz "TRT Music"də yayımlanan proqrama açıqlamasında deyib.  
Önümüzdəki aylarda çəkilişlərə başlayacaqlarını bildirən Şaşmaz, "Yanvar ayında çəkilişlərə başlamağı düşünürük. 397 bölüm oynadım. Ömrümün 20 ili bununla keçdi. Dəyərli, lakin çox yorucu bir iş idi. Fikirləşdik ki, bir az ara verməliyik. İndi seriala yenidən müraciətlər başladı. Bu da olacaq", - deyib.  

Gundelik-Baku.Org