"Polat Alemdar" ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

"Polat Alemdar" ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
"Kurtlar vadisi" serialının məşhur aktyoru ağır əməliyyat keçirib.
Türkiyə mediası xəbər verir ki, aktyorun qəfildən halı pisləşib. O, təcili xəstəxanaya yerləşdirilib.
3 saatlıq ürək əməliyyatından sonra Necati reanimasiyaya yerləşdirilib. Onun vəziyyətinin sabit olduğu bildirilir.
Qeyd edək ki, Necati Şaşmazın adı bir neçə ay əvvəl "Sarallar" cinayətkar qruplaşması ilə hallanıb.
Gundelik-Baku.Org