Türkiyənin məşhur müğənnisi Selda Bağcan müğənnilərə SÖZ ATDI

Türkiyənin məşhur müğənnisi Selda Bağcan müğənnilərə SÖZ ATDI
Türkiyənin məşhur müğənnisi Selda Bağcan müğənnilərin bostanına daş atacaq sözlər söyləyib.
İfaçı jurnalistlərə açıqlamasında deyib ki, heç vaxt açıq-saçıq geyinməyib:
"Mən adət-ənənəmizi hər şəkildə qoruyan biriyəm. Səhnə paltarlarım da heç açıq-saçıq olmadı. Onsuz da bizim vaxtımızda kimsə açıq geyinə bilməzdi. Bir tək rəqqasələrin göbəyi açıq olardı. Səhnədə göbəyi açıq geyinmək bizə Qərbdən gəldi".
Onun bu fikirlərinə sosial şəbəkələrdə xeyli reaksiya gəlib.
Qeyd edək ki, kimisi onun bu sözlərinin Gülşənə, Ajda Pekkana, Hande Yenerə və başqa müğənnilərə qarşı olduğunu düşünüb onu tənqid edib. Bəziləri isə onu dəstəkləyib.
Gundelik-Baku.Org