Aİ Rusiya qazını müştərək satınalmalardan çıxarır

Aİ Rusiya qazını müştərək satınalmalardan çıxarır
Aİ ölkələrinin energetika nazirləri Rusiya qazını 2023-cü ildə İttifaq ölkələrinin qaz anbarlarının həcminin ən azı 15%-ni və ya 13,5 milyard kubmetr təşkil etməli olan birgə alqı-satqı müqavilələrindən çıxarmaq barədə razılığa gəliblər.
Bu barədə Avropa Komissiyasının Brüsseldə keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair məlumatda deyilir. 
Sənəddə deyilir: “Yeni qaydalar Aİ-yə üzv dövlətlər və onların enerji şirkətləri üçün qlobal bazarlarda birgə qaz almağa imkan yaradacaq.
Həmçinin qeyd edilir ki, dövlətlər gələn il qaz anbarlarının doldurulması üçün lazım olan “bütün qazın 15%-ni bu mexanizm vasitəsilə almağa” borcludurlar. Rusiya qazının müştərək satınalmalardan kənarda qalması xüsusilə vurğulanıb.
Xatırladaq ki, Aİ ölkələri bundan əvvəl birgə qaz alışının yeni mexanizmi barədə razılığa gəliblər .
Gundelik-Baku.Org