İlin ən məşhur sözü açıqlandı

İlin ən məşhur sözü açıqlandı
Hər il ən çox işlədilən ingilis sözlərini müəyyən edən “Oxford Languages” 2022-ci ilin də məşhur ifadəsini müəyyən edib.
Xarici mətbuat xəbər verir ki, bu dəfə səsvermə ilk dəfə olaraq akademiklər arasında yox, açıq şəkildə internet istifadəçiləri arasında keçirilib. 
Sorğunun nəticəsi isə 2022-ci idə TikTok-da da məşhur olan "qoblin rejimi" ifadəsi olub.
Oksford Universitetinin nəşriyyat departamentinin nümayəndələri isə ifadənin 2022-ci il hadisələri ilə əlaqəsini izah ediblər. Onlar bildiriblər ki, ilin sözü son 12 ayın ruhunu, əhval-ruhiyyəsini və ya narahatlığını əks etdirir və bu, potensial olaraq uzunmüddətli mədəni əhəmiyyətə malik ola bilər.
Gundelik-Baku.Org