Özcan Dənizi izləmək istəyənlər 450 manat ÖDƏDİLƏR

Özcan Dənizi izləmək istəyənlər 450 manat ÖDƏDİLƏR
Türkiyənin məşhur müğənnisi Özcan Dəniz bu gün axşam Bakıda konsert verəcək.
İfaçının konsertinə satılan biletlərin maksimal qiyməti isə təəccüb doğurub.
40 manatdan başlayan biletin qiyməti 450 manata qədər yüksəlib. Bundan əlavə, 450 manatlıq bütün biletlər satılıb.
Qeyd edək ki, bu ilin iyul ayında Bakıya təşrif buyuran aktyor Burak Özçiviti görmək istəyənlər maksimum 7500 manat ödəyiblər. Bu da sosial şəbəkələrdə həm azəbaycanlı məşhurların, həm də izləyicilərin təəccübünə səbəb olub.
Gundelik-Baku.Org