Məşhur müğənni borcunu bağlamaq üçün LÜKS EVİNİ SATIR - FOTO

Məşhur müğənni borcunu bağlamaq üçün LÜKS EVİNİ SATIR - FOTO
Türkiyənin məşhur müğənnisi Sərdar Ortaç malikanəsini satışa çıxarıb.
 
İstanbuldakı evini satmasına səbəb borclarını birdəfəlik bağlamaqdır. 
 
Müğənninin müşahidə kameraları ilə təchiz olunmuş, 850 kvadrat metrlik, 4-ü qonaq otağı olmaqla səkkiz otaqlı, eyvanlı və terraslı xüsusi dizaynlı evi 4 milyon 500 min türk lirəsinə satmaq istədiyi deyilir.

Qeyd edək ki, bu, Sərdarın sonuncu evidir. O, borclarının hamısını ödədiyini desə də, yenə də qeyri-müəyyən borcunun qaldığı iddia olunur.

(lent.az)
Gundelik-Baku.Org