Səfərbərlikdən qorxan rusiyalı reper intihar etdi

Səfərbərlikdən qorxan rusiyalı reper intihar etdi
Rusiyalı "Valkie" ləqəbli reper İvan Petunin intihar edib. 
Rusiya KİV-ləri xəbər verir ki, musiqiçinin meyiti Krasnodarın Konqresnaya küçəsində çoxmərtəbəli binanın yaxınlığında tapılıb. 
Bildirilib ki, 27 yaşlı reper əvvəllər psixo-nevroloji dispanserdə müalicə alıb. 
Məlumata görə, reper ölümündən əvvəl vida videosu çəkib. Orada Petunin səfərbər oluna biləcəyindən qorxduğunu bildirərək intihar edəcəyini açıqlayıb. 
Gundelik-Baku.Org