“Sürücü də deyir ki, “Bolt” keçib fırıldağa” - Video

“Sürücü də deyir ki, “Bolt” keçib fırıldağa” - Video
Aktrisa Mətanət Eres Bakıda fəaliyyət göstərən “Bolt” taksi şirkətindən şikayətçidir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqramda videopaylaşım edib.
Sənətçi bildirib ki, gedişhaqqı 3 manat 37 qəpik göstərildiyi halda şirkət onun kart hesabından 5 manat 90 qəpik məbləğində vəsait çıxıb: “3,37 hara, 5,90 hara! Camaatı niyə bu qədər aldadırlar? Haram yeyərək hara qədər gedəcəklər? Sürücüyə demişəm, o da deyir ki, “Bolt” keçib fırıldağa”.
Aktrisa şirkətin Azərbaycandakı nümayəndəliyinə gedəcəyini bildirib: ““Bolt”un yiyəsinin kim olduğunu bilmirəm, amma bilirəm ki, yedikləri haram tikə bir gün burunlarından gələcək. Hərəmizdən 1,90 manat oğurlasalar hara gedib çıxır?... Camaatı talamaqdan əl çəkin”.  






Gundelik-Baku.Org