DÇ-2022: Final oyununu 50 000 argentinalı azarkeş izləyəcək

DÇ-2022: Final oyununu 50 000 argentinalı azarkeş izləyəcək
Qətərdə keçirilən dünya çempionatının final oyununu 50 000 argentinalı azarkeş izləyəcək.
"L'Equipe” nəşri xəbər verir ki, “Lusail” stadionunda Fransa ilə Argentina arasında baş tutacaq DÇ-2022-nin həlledici qarşılaşmasında cənubi amerikalılar çoxluq təşkil edəcəklər.
88 969 min tamaşaçı tutumuna malik arenada son dünya çempionu Fransa yığmasını cəmi 6000 fanat dəstəkləyəcək.
Qeyd edək ki, dekabrın 18-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Gundelik-Baku.Org