Ukraynada Çeçenistan İçkeriya Respublikasının döyüşçü batalyonları yaradılır

Ukraynada Çeçenistan İçkeriya Respublikasının döyüşçü batalyonları yaradılır
Çeçenistan İçkeriya Respublikasının silahlı strukturları Ukraynada dirçəliş prosesinə başlayıb. Hazırda beşinci döyüşçü batalyonu yaradılır.
Bunu “Azadlıq” radiosuna müsahibəsində mühacirətdə olan İçkeriya hökumətinin başçısı Əhməd Zakayev bildirib.
“Mən Kiyevə tez-tez baş çəkirəm, ona görə ki, burada Çeçenistan İçkeriya Respublikasının silahlı strukturları formalaşmağa başlayıb. 26 fevralda Rusiyanın Ukraynaya təcavüzü başlayanda Dövlət İşğaldan Azadetmə Komitəsi qərar qəbul etdi ki, Ukraynaya dəstək üçün dəstələr yaratmağa başlayaq. Və o vaxtdan bəri Ukraynanın bir çox strukturları ilə əməkdaşlıq prosesi davam edir. Təbii ki, bu gün biz bəyan edirik ki, artıq dörd batalyon formalaşdırılıb və beşinci batalyon yaradılır. Yəni bu gün burada Çeçenistan İçkeriya Respublikasının silahlı qüvvələri bərpa olunur.  Əlbəttə, baş verən bütün hadisələr fonunda bizim burada mövcudluğumuz zəruridir”, - deyə o qeyd edib.
Əlavə edək ki, Zakayev Londondan siyasi sığınacaq alıb.  
Mənbə: UNİAN
Gundelik-Baku.Org