İtaliya A Seriyasında klubların sayı azaldıla bilər

İtaliya A Seriyasında klubların sayı azaldıla bilər
İtaliya A Seriyasında klubların sayı 20-dən 18-ə azaldıla bilər.

“La Gazzetta dello Sport” xəbər verir ki, liqanın prezidenti Lorentso Kazini bununla bağlı qeyri-rəsmi danışıqlara başlayıb.

Liqada komanda sayının azaldılmasının tərəfdarı olanlar əsasən A Seriyasının aparıcı klublarıdır. Onların nümayəndələri UEFA Çempionlar Liqasının (ÇL) yeni formatına görə bunu zəruri hesab edirlər. Çünki 2024/2025 mövsümündən ÇL ilə əlaqədar ölkə çempionatının təqvimi sıxlaşacaq.

Komanda sayının azaldılması üçün A Seriyasının ən azı 14 klubu razılıq verməlidir.
Gundelik-Baku.Org