Mbappenin transferini rədd etdi

Mbappenin transferini rədd etdi
Jurnalist Florian Plettenberqin sözlərinə görə, “Liverpul” PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək üçün rəqabətdən imtina edib.

Xarici media xəbər verir ki, hazırda 24 yaşlı fransız “Liverpul” üçün prioritetlər siyahısında o qədər də yüksək deyil. “Real Madrid” gələn il və ya daha sonra Mbappeni almaq üçün əsas namizəd olaraq qalır.

2024-cü ilin yayına qədər qüvvədə olan müqavilənin şərtlərinə görə, Mbappe PSJ-nin oyunçusu kimi davam edəcək. Bu mövsüm o, parislilərin heyətində müxtəlif turnirlərdə 17 matçda iştirak edib. 17 qol vurub və 2 məhsuldar ötürmə edib.

Gundelik-Baku.Org