“Atletiko”nun futbolçusu unikal rekorda imza atıb

“Atletiko”nun futbolçusu unikal rekorda imza atıb
İspaniyanın “Atletiko” klubunun futbolçusu Koke unikal rekorda imza atıb.

Yarımmüdafiəçi La Liqanın XIV turunda “Malyorka” ilə görüşdə meydana çıxmaqla bunu reallaşdırıb.

1:0 hesablı qələbə qazandıqları matçda 63 dəqiqə mübarizə aparan Koke “Atletiko”nun heyətində bütün turnirlərdə oyun sayını 600-ə çatdırıb. Kapitan madridlilərin heyətində bunu bacaran ilk futbolçudur.

Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. Yarımmüdafiəçi bu müddətdə 47 qol vurub, 113 məhsuldar ötürmə verib.
Gundelik-Baku.Org