Bu gün gedişi rəsmən élan olunacaq

Bu gün gedişi rəsmən élan olunacaq
"Barselona"nın yarımmüdafiəçisi Serxio Buskets Kataloniya klubundan ayrılmaq qərarına gəlib. 
Bu barədə italiyalı jurnalist Fabrisio Romano məlumat verib.
Qeyd olunur ki, Kataloniya klubu Buskesin gedişini bu gün rəsmi olaraq elan edəcək.
Buskets 2005-ci ildən klubun heyətində çıxış edir, əsas komandada 713 oyun keçirib ki, bunun da 39-u bu mövsümdə bütün yarışlarda olub. Onun hesabında dörd məhsuldar ötürmə var.
“Barselona” La Liqaya liderlik edir, “Atletiko”nu 13 xal, “Real”ı 14 xal qabaqlayır. "Barselona" növbəti turda çempionluğunu təmin edə bilər.
Gundelik-Baku.Org